Biləsuvarda “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildi.

18 Yanvar, 17:30

Ümumxalq Hüzn Gününə həsr olumuş “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildi.

VOİCEPRESS xəbər verir ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 yanvar 2017-ci il tarixdə
İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev 20 yanvar hadisələri barədə geniş məlumat verərək bildirdi ki, o dəhşətli gecədən 27 il keçməsinə baxmayaraq, xalqımız 20 yanvar faciəsinin ağrılarını hələ də unutmayıb.Tədbirin keçirilməsində də əsas məqsəd faciə haqqında yeniyetmə və gənclərin məlumatlandırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhidlərin xatirəsinin yad edilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır.

Müsabiqədə 18 ümumtəhsil məktəblərinin hazırladıqları kompozisiya nümayiş etdirildi. Bir-birindən maraqlı və məzmunlu kompozisiyalar içərisindən münsiflər heyəti tərəfindən Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin hazırladığı kompozisiya I yerə, Şəhər 4 nömrəli tam orta məktəbin kompozisiyası II yerə və Şəhər 1 nömrəli tam orta məktəbin kompozisiyası isə III yerə layq görüldü.
Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here