Omega 3 yağ turşularından zəngin, trans yağ turşularını özündə saxlamayan bu qida beyin sağlamlığı baxımından olduqca mühümdür. Aparılan araşdırmalarda da omega 3 ilə zəngin olan qidaları qəbul edilməsi Alzeimer riskinin azaltdığını göstərib.
QOZ (gündə 3 dənə)
Qoz da Omega 3 yağ turşuları baxımından ən zəngin mənbələrdən biridir. Gündə 3 qoz yemək həm qocalmağı gecikdirir, həm də beyni gücləndirir.
QIRMIZI ƏT (həftədə 3 dəfə)
VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, araşdırmalar insan üçün xüsusilə B, C, D və E vitaminlərinin qəbuluna üstünlük verilməsinin zəruriliyini müəyyən edib. Həftədə 3 dəfə qırmızı ət, gündəlik süd, qatıq, pendir və yumurta istehlakı orqanizmə kifayət qədər B12 vitamini qəbulunu təmin edir. Bu isə, beyni qoruyur.
TAXIL (gündə 1 kasa)
E vitamini beyin sağlamlığı baxımından ən əsas antioksidantlardan biridir. E vitamini xüsusən, taxıllarda, yağlı toxumlarda (fındıq, badam kimi) və zeytun yağında mövcuddur.
ACI ŞOKOLAD (az miqdarda)
Polifenol ilə zəngin olan acı şokolad və çay beyni cavan saxlayan qidalardandır. Ancaq bəzilərinin kaloriləri yüksək olduğu üçün məhdud miqdarda istehlak etməyə diqqət edin.
VOİCEPRESS.AZ