ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq vitse-prezident Co Bayden yeni dövlət başçısı Donald Trampın inauqurasiya mərasimindən sonra Vaşinqtonu tərk ediblər.
VOİCEPRESS-in məlumatına görə, Obama andiçmə mərasiminin keçirildiyi ABŞ Konqresinin binasının qarşısından helikopterlə gedib.
Helikopter Hərbi Hava Qüvvələrinin Endrüs bazasına enib. Oradan isə Barak Obama ailəsi ilə birlikdə Kaliforniyaya istirahətə yollanıb. Bununla da Barak Obama prezident helikopteri ilə sonuncu dəfə uçmuş olub.
Co Bayden isə avtomobillə Delaver ştatındakı evinə yollanıb.
VOİCEPRESS.AZ