8 bal gücündə zəlzələ: sunami təhlükəsi var!

22 Yanvar, 09:30

Sakit okeanda, Papua-Yeni Qvineyada 8 maqnitudalı zəlzələ baş verib.

VOİCEPRESS xarici KİV-əistinadən xəbər verir ki, yerli vaxtla saat 04.30 (Bakı vaxtı ilə saat 08.30) radələrində baş verən zəlzələnin ocağı Buqnevil regionunun inzibati mərkəzi Arava şəhərindən 36 km şimal-qərbdə 167,5 kk dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here