Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
VOİCEPRESS.AZ