Bakıda binada yanğın, 2 nəfər xilas edildi

314110

Bakıda yaşayış binasında yanğın olub.

VOİCEPRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, hadisə Yasamal rayonunda altımərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın binanın 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus 3 otaqlı mənzildən başlayıb. 4-cü mərtəbədəki mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here