Bağdadi İmam: “Azərbaycan prezidentinin təşəbbüsü dostluq və qardaşlıq ideallarına xidmət edir”

30 Yanvar, 15:55

“Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi təqdirəlayiq və vacib təşəbbüsdür. Bu, dövlət başçısının müsəlman ölkələrinin həmrəyliyinin möhkəmləndirilməsinə və tammiqyaslı əməkdaşlığına töhfə vermək istəyini nümayiş etdirir”.

VOİCEPRESS xəbər verir ki, bu fikirləri Misir Ali Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin baş direktoru Bağdadi İmam AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

O qeyd edib ki, bütün aktual məsələlərdə hər zaman müsəlman ölkələrini dəstəkləyən, islam mədəniyyətinin inkişafına, Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığının dərinləşməsinə böyük əhəmiyyət verən, sivilizasiyalararası dialoqun tərəfdarı olan Azərbaycan dövləti başçısının islam həmrəyliyi barədə təşəbbüsü xeyirxah ideyadır.

“Sözsüz ki, bu təşəbbüsdə birliyə nail olmağın, vahid mövqedən çıxış etməyin zəruriliyi barədə islam dünyasına bir müraciət var. Azərbaycan prezidenti İlham Əliyevin dərin hörmətə və təşəkkürə layiq olan təşəbbüsü vaxtında irəli sürülüb, çünki islam dünyasında bir sıra məsələlər üzrə fikir ayrılığı və ziddiyyətlər mövcuddur, bəzi ölkələr milli və dini zəmində münaqişələrə cəlb edilib. Azərbaycan tərəfindən bu çağırış müsəlman ölkələrinin yaxınlaşmasına, bütün istiqamətlər, o cümlədən siyasi, iqtisadi, ictimai və digər məsələlər üzrə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. Bu təşəbbüs islami dəyərlərin yayılmasına böyük töhfə verəcək, habelə terrorizm və ekstremizm kimi neqativ halların aradan qaldırılmasına, müsəlman aləmi və digər ölkələr arasında qarşılıqlı anlaşma və əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Bir sözlə, bu təşəbbüs dostluq və qardaşlığın yüksək ideallarına xidmət edir”, – deyə Bağdadi İmam vurğulayıb.

Həmsöhbətimiz xüsusilə qeyd edib ki, Azərbaycanın bu sülhsevər təşəbbüsünün həyata keçirilməsi üçün bütün müsəlman ölkələri tərəfindən böyük səy göstərilməsi lazımdır.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here