Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.
VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Bildirilir ki, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb. İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub.

Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.
Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.
VOİCEPRESS.AZ