Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr olacaq

13 Yanvar, 12:23

Azərbaycan və Çexiya bu ilin birinci yarısında Praqada keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələr zamanı siyasi əməkdaşlığın perspektivlərinə nəzər salacaqlar.

VOİCEPRESS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, görüş zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda siyasi dialoqun perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi və ticari-iqtisadi əlaqələrin inkişafının müzakirəsi planlaşdırılır.

Məsləhətləşmələr Azərbaycan və Çexiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here