Azərbaycan İslam Hərbi Alyansına daxil oldu

9 Yanvar, 13:31

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here