Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni baş katib təyin olunub

23 Yanvar, 18:33

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına yeni baş katib təyin olunub.

VOİCEPRESS bildirir ki, qurumdan Trend-ə verilən məlumata görə, bu vəzifəyə Orxan Bayramov təyin olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən O.Bayramov hal-hazırda “Maastricht School of Management”də EMBA proqramı üzrə təhsilini davam etdirir.

O.Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində başlayıb. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışıb. İngilis, türk, rus dillərini bilir.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildən təsis edilib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiyalar, Holdinqlər, Birliklər, İttifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here