Azərbaycan ilə Dünya Bankı TANAP layihəsi üzrə saziş imzalayacaq

16 Yanvar, 15:07

Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Transanadolu qaz kəməri (TANAP) layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi keçiriləcək.

VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə Dünya Bankının Bakı ofisindən məlumat verilib.

Layihənin icra olunması üçün Dünya Bankı Azərbaycana 400 milyon dollar ayırıb.

İmzalanma mərasimi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun Bakıya səfəri zamanı keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here