“Azdrama”nın yanvar REPERTUARI

2 Yanvar, 23:07

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar ayına olan repertuarı açıqlanıb.

Teatrın mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, 1-4 yanvar tarixlərində uşaqlar üçün Yeni il şənliyi və “Buzlar ölkəsi” tamaşası göstəriləcək.

Tamaşaçılar yanvarın 13-də C. Məmmədquluzadənin “Ölülər”, yanvarın 14-də
Hüseynbala Mirələmovun “Vəsiyyət”, yanvarın 15-də Nikolay Vasilyeviç
Qoqolun “Müfəttiş” tamaşalarına baxa bilərlər.

Yanvarın 20-də H. Mirələmovun “Xəcalət”, yanvarın 21-22-də Cəfər Cabbarlının “Almaz”, yanvarın 27-də C. Məmmədquluzadənin “Ölülər”, yanvarın 28-də H. Mirələmovun “Vəsiyyət”, yanvarın 29-da isə A. Saqarelinin “Xanuma” tamaşası təqdim olunacaq.

Səhnə əsərlərinin nümayişi saat 19:00-da başlanır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here