Forumdakı qonaqların çoxu prezident İlham Əliyevlə şəxsən ünsiyyət qurmaq üçün maraq və həvəs göstərir.
“Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı həm iqtisadi, həm də siyasi planda növbəti uğurlu addımdır. Düzdür, Davosda beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilmir, lakin bu, nüfuzlu qeyri-rəsmi şəraitdə görüşüb dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan bir çox məsələləri müzakirə etməyə, vacib əlaqələr yaratmağa imkan verir”.
VOİCEPRESS xəbər verir ki, bunu Day.Az-a açıqlamasında milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkilinin fikrincə, əgər əvvəllər Azərbaycan dünya ictimaiyyəti üçün enerji resursları ilə zəngin ölkə kimi maraq doğururdursa, indi özünün strateji mövqeyi və iqtisadi gücü sayəsində ona olan maraq artıb: “Qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti bu cür forumlarda ən arzulanan qonaqlardandır. Forumun müxtəlif ölkələri təmsil edən qonaqlarının çoxu prezident İlham Əliyevlə şəxsən ünsiyyət qurmaq üçün maraq və həvəs göstərir. Bu fakt göstərir ki, Azərbaycan prezidentinin siyasi gündəliyi hər dəfə kifayət qədər sıx olur. Adətən bu cür beynəlxalq arenalarda belə vacib görüşlərdən sonra üçüncü ölkələrdə birgə fəaliyyət üçün münbit şərait yaranır”.
Onun sözlərinə görə, Davos Forumu iqtisadi məsələlərdən başqa, dünya ictimaiyyətinin diqqətini Erməistan-Azərbaycan münaqişəsinə də cəlb etmək üçün növbəti imkandır.
A.Mirzəzadə hesab edir ki, Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalı şəraitində ölkəmizin iqtisadi inkişafda böyük uğurlar əldə etməsi və dünyada stabilliyə töhfə verə bilməsi prinsipial əhəmiyyət daşıyır. Şübhəsiz, Azərbaycan bundan sonra da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq və milli maraqları əsas götürərək dünyadakı proseslərdə fəal iştirakını davam etdirəcək.
VOİCEPRESS.AZ
[justify][/justify]