Avropa Parlamentinin yeni sədri seçildi

18 Yanvar, 07:59

Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyası çərçivəsində baş tutan səsvermənin dördüncü turunun nəticələrinə əsasən AP-nin yeni sədri vəzifəsinə Avropa Xalq Partiyasının nümayəndəsi, 63 yaşlı italiyalı Antonio Tayani seçilib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri vəzifəsini tərk edən Martin Şults bildirib.

Martin Şults Almaniyada bu il keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədi ilə noyabrda qeyd olunan vəzifədən istefa verəcəyini elan edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here