ATƏT sədri: “Münaqişələrin hərbi yolla həlli yoxdur”

12 Yanvar, 14:43

ATƏT regionunda davam edən münaqişələrin hərbi yolla həlli yoxdur.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz ATƏT Daimi Şurasında Avstriya sədrliyinin prioritetlərini açıqlayarkən deyib.

O bildirib ki, münaqişələrin siyasi yolla həllinə nail olmaq üçün daha çox dialoqa ehtiyac var.

S. Kurz münaqişələrlə yanaşı, ATƏT məkanında terrorizm və radikalizmin təhlükəsizliyə böyük təhdid oldğunu, buna qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here