ASAN Radio Formula-1-in eksklüziv tərəfdaşı oldu

10 Yanvar, 14:53

Formula 1-in Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə ASAN Radio arasında informasiya və digər əlaqəli sahələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, memorandumu BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ASAN Radionun direktoru Emin Musəvi imzalayıblar. Tərəflər ölkə ictimaiyyətinin Azərbaycanda keçirilən Formula 1 yarışı haqqında məlumatlandırılması istiqamətində tərəfdaşlıq qurmaqdan böyük məmnunluqlarını bildiriblər.

N.Arpadarai ASAN Radio ilə qurulan əməkdaşlığın yeni imkanlar yaratdığını deyib: “Bu gün biz “ASAN xidmət”lə olan əməkdaşlığımızı daha da genişləndiririk. Bu xidmətin tərkibində fəaliyyət göstərən ASAN Radio ilə qurduğumuz yeni əməkdaşlıq bizə 2017-ci ilin yayında Bakıda baş tutacaq ikinci Formula 1 yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı şəkildə məlumatlandırmağa imkan yaradacaq”.

E.Musəvi qeyd edib ki, ASAN Radio BŞH ilə əməkdaşlıq başlamaqdan qürur hissi keçirir: “Bu memorandumla ASAN Radio mötəbər yarışın eksklüziv radio tərəfdaşı statusunu qazanır. Xüsusi vurğulamaq istərdim ki, dünya miqyaslı bu cür tədbirlərdə informasiya tərəfdaşı olmaqla, ASAN Radio Azərbaycanın dünyaya tanıdılmasında da müstəsna rol oynayacaq”.

Memoranduma əsasən, ASAN Radio dinləyici auditoriyasını əməliyyat şirkətinin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq radioda yayımlayacaq. ASAN Radio BŞH-nın keçirəcəyi tədbirlərdə informasiya tərəfdaşı kimi çıxış edəcək və 2017 Formula 1 Azərbaycan Qran Prisi zamanı əməliyyat şirkətinin fəaliyyətinə dair informasiya dəstəyi göstərəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here