Anar Məmmədxanovun kitabları AMEA-ya təqdim edildi

0
314124

Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Nahidə Məmmədxanova Anar Məmmədxanovun “Özünə sadiqlik” və «Ни о чем не жалею» kitablarını AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib.

VOİCEPRESS-in verdiyi xəbərə görə, görkəmli siyasətçi və ictimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, üç çağırış Milli Məclisin deputatı və day.az saytının təsisçisi Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib.

Kitab oxucu ictimaiyyəti arasında böyük marağa səbəb olub.

Anar Məmmədxanovun «Ни о чем не жалею» adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlarına verdiyi müsahibələr və etdiyi söhbətləri öz əksini tapıb.

Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. AMEA Mərkəzi Elmi Kitabxanasının oxucuları kitablardan istifadə edə bilərlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here