“Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı təşəbbüsü tarixi addımdır”.
VOİCEPRESS xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys deyib.
Ekspert əminliyini bildirib ki, Azərbaycan Maliyyə Nazirliyi və digər dövlət qurumları kəndin bərpası və sakinlərin öz evlərinə qayıtması proqramını effektiv şəkildə icra edəcəklər.
O deyib: “Prezidentin işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bu qərarı təqdirəlayiqdir. Gələcəkdə buraya yatırılan vəsaitlər Azərbaycanın daxili iqtisadiyyatının inkişafına kömək edəcək”.
P.Teysin fikrincə, beynəlxalq ictimaiyyət, eləcə də Avropa İttifaqı xüsusi fondlar yaratmaqla Azərbaycana öz dəstəyini nümayiş etdirməlidir.
VOİCEPRESS.AZ