Magistrlər onlar üçün yaradılmış elmi mühitdən yararlanmalı, akademik biliklər əldə etməli və fəal olmalıdırlar.
VOİCEPRESS-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda magistrlərin imtahan prosesi ilə tanış olarkən deyib.
A.Əlizadə akademiya rəhbərliyinin bu sahədə onları hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
AMEA prezidenti milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği işinə akademiyanın bütün institutlarında xüsusi önəm verdildiyini bildirib və bu sahədə Əlyazmalar İnstitutunun xüsusi önəm daşıdığını vurğulayıb.
Alim AMEA-da magistratura pilləsinin təşkilinin əhəmiyyətini bir daha nəzərə çatdırıb, bu addımın ölkədə elm və təhsilin inteqrasiyasına xidmət etdiyini qeyd edib.
VOİCEPRESS.AZ