AMEA iki institutuna direktor seçəcək

12 Yanvar, 16:08

AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilər keçiriləcək.

VOİCEPRESS xəbər verir ki, akademiyadan trend-ə verilən məlumata görə, Rəyasət Heyəti Folklor İnstitutu və İqtisadiyyat İnstitutunun elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilərin keçirildiyini elan edib.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here