Ağ Ev: “ABŞ-da səhiyyə islahatının ləğvi xaos yaradacaq”

5 Yanvar, 05:21

Səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq.


VOİCEPRESS
-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident Barak Obamanın mətbuat katibi Coş Ernest bəyan edib.

“İslahatı ləğv edənlər onun yaratdığı xaosa görə məsuliyyət daşıyacaq. “Obamacare”-nin ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. Demokrat Partiyası bunu dəstəkləmir və dəstəkləməyəcək”, deyə C.Ernest bildirib.

Onun sözlərinə görə, islahatın ləğvi ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək.

Bu gün ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here