ABŞ səfiri Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir.
VOİCEPRESS xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən deyiblər.
Səfirlikdən bildiriblər ki, Birləşmiş Ştatların Prezidentini təmsil edən səfirlər ABŞ prezidentinin təyinatı əsasında çalışırlar:
“ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etdirəcəyi gözlənilir”.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Barak Obama vaxtında təyin olunmuş səfirləri geri çağıracağı iddia olunurdu.
VOİCEPRESS.AZ