“ABŞ prezidentliyi ailə biznesi deyil…” – Obamadan Trampa tövsiyə

9 Yanvar, 10:35

ABŞ prezidenti Barak Obama deyib ki, o, öz xələfi Donald Trampa Ağ Evi “öz ailə biznesi” kimi idarə etməyə cəhd göstərməməyi tövsiyə edib.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, Obama deyib ki, cənab Tramp ABŞ-ın təsisatlarına “hörmət” göstərməlidir. “Elə ki, andiçmə mərasimindən keçdin, sən artıq Yer kürəsində ən böyük təşkilatın başçısı olacaqsan” – deyib Barak Obama. O xəbərdarlıq edib ki, idarəetmə ilə kampaniya aparmaq arasında fərq var.

Obama əlavə edib ki, Trampın bir sözü ilə dünya paytaxtları, maliyyə bazarları və insanlar təsirlənə bilər.
Prezident, həmçinin Rusiyanın ABŞ seçkisini təsirləndirmək məqsədilə həyata keçirdiyi iddia edilən haker hücumlarından da söz açıb və etiraf edib ki, bu təhlükəni lazımınca qiymətləndirməyib. Obama bunu da deyib ki, Trampla söhbətində onu ölkənin kəşfiyyat xidmətlərinə etimad göstərməyə çağırıb.

Donald Tramp aylarla Rusiyanın kibermüdaxiləsi barədə məlumatları rədd etsə də, ötən həftə kəşfiyyat agentliklərinin “böyük pərəstişkarı” olduğunu dilə gətirib, lakin əlavə edib ki, haker hücumunu dəf edə bilməməkdə Demokrat Partiyanın özü təqsirkardır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here