ABŞ 7 ölkənin vətəndaşlarına müraciət etdi: Viza istəməyin!

30 Yanvar, 16:47

Birləşmiş Ştatların Almaniyadakı səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ vizası almaq üçün müvəqqəti olaraq sənəd təqdim etməməyi tövsiyə edib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Facebook” səhifəsində məlumat yayılıb.

Səfirlik bildirir ki, vizaların verilməsi növbəti bildirişə qədər dayandırılıb.

Qeyd edək ki, viza verilməsi prezident Donald Trampın fərmanına əsasən dayandırılıb.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here