Abdulqadir Maşaripovla saxlanılan qadınlar kimlərdir?

17 Yanvar, 04:10

Abdulqadir Maşaripovun kod adı Əbu Muhamməd Xorasani imiş

Yeni il gecəsi İstanbuldakı “Reina” klubuna silahlı hücum törədən və aralarında azərbaycanlı Nuranənin də olduğu 39 nəfəri öldürən Özbəkistan əsilli Abdulqadir Maşaripovun saxlanıldığı evdə 3 qadın da olub. VOİCEPRESS xəbər verir ki, həmin qadınlar da saxalanıldıqdan sonra polis idarəsinə gətirilərək dindirilib.

İlkin dindirilmə zamanı onların Misir, Seneqal və Somali əsilli olduqları dəqiqləşib. İŞİD silahlı qruplaşmasına qoşulmaq üçün İstanbula gələn qadınlar elə o vaxtdan bu günə qədər saxlanıldıqları evdə qalırmış. Onların Maşaripovla bir mənzildə qalmaları eyni zamanda fərqli etnik mənşələri baxımından polisin diqqətini yayındırmaq cəhdlərilə bağlı olub.

Yeni il gecəsi terror aktını törətdikdən sonra kod adı ilə Əbu Muhamməd Xorasani, yəni Abdulqadir Maşaripov bu evdə gizlənib. Qadınların da həmin qətliamda iştirak edib-etmədikləri və başqa hansı cinayətlərdə əllərinin olması araşdırılır.

Qeyd edək ki, A.Maşaripovun saxlanılması ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here