95 əcnəbi “qaçqın” statusu almaq üçün Azərbaycana müraciət edib

11 Yanvar, 00:21

2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır.

VOİCEPRESS bildirir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çixişinda söyləyibverib.
“Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”, – Firudin Nəbiyev deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here