Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
VOİCEPRESS bildirir ki, Azərbaycan Güləş Federasiyasından trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.
Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.
Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.
59 kq
6. Rövşən Bayramov – Olimpiya Oyunları 5-ci yer (6)
66 kq
3. Rəsul Çunayev – Olimpiya Oyunları 3-cü yer (3)
18. Kamran Məmmədov – Hərbçilərin DÇ 2-ci yer (nr)
71 kq
3. Həsən Əliyev – Dünya çempionatı 3-cü yer (66 kq)
75 kq
8. Elvin Mürsəliyev – Qızıl Qran Pri 2-ci yer (8)
80 kq
7. Rafiq Hüseynov – Qızıl Qran Pri 1-ci yer (4)
85 kq
8. İslam Abbasov – Qızıl Qran Pri 1-ci yer (12)
12. Saman Təhmasibi – Dünya çempionatı (2015) 3-cü yer (5)
130 kq
4. Sabah Şəriəti – Olimpiya Oyunları 3-cü yer (4)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
VOİCEPRESS.AZ