378 reys təxirə salındı

9 Yanvar, 13:20

“Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu qərar davam edən pis hava şəraiti ilə əlaqədar qəbul edilib.

Ötən həftə sonu İstanbulda 1100-ə yaxın uçuş təxirə salınmışdı.

Qeyd edək ki, İstanbul və ətraf bölgədə sərt soyuqlar üç gündür ki, davam edir. Şəhər yollarında da buzlanma səbəbi ilə nəqliyyatın hərəkəti çətinləşib. Bosfor boğazının da gəmilər üçün bağlanması barədə məlumat verilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here