Biləsuvarda intihar hadisəsi baş verib.
VOİCEPRESS-in cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Biləsuvar rayonun Əsgərəbad kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. E.Nəciyevin özünü öldürməsi səbəbləri məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
VOİCEPRESS.AZ