DAYANACAQ….

Köşə yazıları

8 784

DAYANACAQ….
Adi bir rəsm əsəri kimi baxmışdım əvvəl… sən demə bu bir kitab yazılacaq qədər dərin və geniş məzmunu olan bir rəsm imiş.

Belə bir deyim var ”… həyat bir yoldur, ömür isə dayanacaq ”.

Bəli bu dayanacaq başı bəlalı, Azərbaycanın göz bəbəyi sayılan qanla suvarılmış Qarabağ topraqlarının ərazisindəki ulu bir kəndin adını daşıyırmış… Əslində dayanacaqların adı olmur… amma Bakının hansısa bir rayonunda, ərazisində Qarabağ kəndlərinin adını daşıyacaq ulu bir kəndin adını daşıyan dayanacaq kimin aglına gələ bilərdi ki?

Bax məsələ budur…Həyatında, qəhrəmanlığında , çəkdiyi çətinliklərdə, döyüşlərdə, kəşfiyyat əməliyyatlarında fərqləndiyi, seçildiyi kimi atdığı hər addımda, hər davranışında da secilən xüsusi təyinatlı kəşfiyyatçı, kecmiş döyüşcümüz, ölümün belə ona qıymadığı və bu gündə o anları indiki kimi xatırlayaraq....

“… Çox yüngül ayağa qalxdım geri cevriləndə özümü divanda uzanılı gördüm, nə baş verdiyini anlamadım bir az duruxdum, əsrarəngiz dəqiq təyin edə bilmədiyim bir ərazi idi.Qonşumuz rəhmətlik Seyid kişini gördüm mənimlə bir iki addım yol gedib, sonra bir cernel qabı kimi şüşədə mənə su verib, get bunu ic sağalacaqsan və mənim Quran kitabımın arasına 5 min manat pul (o vaxtın puluyla) qoyarsan dedi… sonar özü görünməyən bir qaranlıga tərəf getdi. Gözlərim toranlaşmış şəkildə acdım və alnımnan süzülən isti qana bulaşdığımı hiss elədim…”

Ölümə gedən yolun yarısından geri dönən və Baki şəhərində Muğanlı adında “dayanacaq” düşünən yalnız İbad Hüseynov ola bilərdi.

Aylarla koma, xəstəxanalar, həkimlər…

Dayanıb rahat qalmağa, yaşamağa nəinki ev, sığınacaq hec “dayanacaq”da yox idi… yurdsuz-yuvasız qalan köçkünlərimiz bölgələrə səpələndi.

Dag havasının, meşə sərinliyinin gözəlliyini əvəzolunmazlıgını, aranda kölgə tapmayanda, havasızlıqdan bogulanda daha cox his olunur….
Ələxsüsda daglar oglu , dağlar igidi ücün bu bir dözülməz hal olur. Bu gün yanınan bəlkə də gündə necə dəfə ötüb kecən, yagışdan qorunmaq, günəşdən gizlənmək, küləkdən sıgınacaq tapmaq ücün minlərlə insanın istifadə etdiyi və hec maraqlanmadıqları, adi digər ərazilərdə olan və adiləşən bir dayanacaq kimi istifadə edilən dayanacaq Sabuncu rayonu, ərazisində yerləşdirilib.

Amma coxları xəbərsizdir ki, bu “dayanacaq” o biri dayanacaqlardan deyil… Bu dayanacaq ölüm yuxusunan ayılanların, vətən həsrətinən xəstə düşüb dünyasını dəyişənlərin, pəhləvan cüssəli oğlunun ölümünə dözə bilməyib, keyimiş bədənini var gücü ilə döyəcləyərək zamansız dünyasını dəyişən Kifayət ananin, kənd, topraq havasına öyrəşib dünyasını qarmaqarışıq, havasız Bakı şəhərində dəyişən Möhsüm dayının son dayanacağı olub…

Yəqinki Qarabağa sülh, ya da hərb fərqi yoxdur gedən yol bu dayanacaqdan başlanacaq… Bu gün Muğanlı adını daşıyan bu dayanacaqda hələ nə düşündüyü bəlli olmayan, bu gün o dayanacagın anlamını hələ tam dərk edə bilməyən Alpay görmədiyi nənə-baba həsrətini, yurd yuvasını görmək ücün gözləyir…





Gülşən Behbud

VOİCEPRESS.AZ

« Далее Ürəyi vətənlə döyünən cəsur əsgər