Ən boyük sərmayəniz zamandır

Kiçik yazarlar / Manşet

1 017

Ən boyük sərmayəniz zamandır
Biz insanlar resurslarımızın az olduğu, vaxtımızın az olduğunu,maddi resurslarımızın azlığı haqqında şikayət edirik.Bunlardan isə ən qiymətlisi zamandır. Çünki Karl Marksın gözəl bir sözü var: ”Bütün maddi və mənəvi sərvətlər məhz zamanla əldə olunmaqdadır”. Və İslam peyğəmbəri Məhəmməd peyğəmbərin (ə.s) bizə zamanla bağlı gözəl bir tövsiyəsi var: “İnsanın əlində olan ən dəyərli nemət onun zamanıdır”.

İnsan itirdiyləri maddi və mənəvi dəyərləri geri qazana bilər. Məsən, boyük bir şikət iflas etdikdən sonra onu geri qaytara və ya daha gözəli ilə əvəz edə bilər.Yazdığı hər hansı bir kitabı itirib onu yenidən yaza bilər. Tikdiyi evi hər hansı bir səbəblərdən uçduqda onu təkrar bərpa edə bilər. Hətta səhhətinə və mənəviyyatına vurulan zərərləri təkrar bərpa edib və geri qaytara bilər. Yalnız geriyə qayıtmayan zamandır.

Zaman elə bir zəngin resursdur ki, o ancaq xərclənir. Onu ger qaytarmaq olmur. Onun üçün hər bir insanın hər anı, hər dəqiqəsi, hər saatı onun üçün hər şeydən qiymətli və əvəzolunmaz bir nemətdir.

Biz insanlar zamanı qazandıq, dediyimiz zaman onu vaxtca qənaət etdiyimizi fikirləşib deyirik.Əslində, vaxtı qazanmaq olmur.Ona qənaət etmək də, olmur.

Hər bir insan doğulduğu gündən öldüyü günə qədər nə qədər amana sahib olduğundan xəbərdar deyil. Bu yazdığım cümlədən bəllidir ki, vaxt həqiqətən də gözəl bir nemətdir. Zamanı əkmək, sonra da, biçmək olmur. Zaman mağazada da satılmır. Zamanı artırmaq da, olmur. Zaman heç cür alınmır, şaqət xərclənir...

Dünyanın ən bacarıqlı insanlarının da, ən zəngin insanlarının da, tanınmış yazıçılar və öz bacarıqları ilə məhşur olan insanların da, bütün hədəflərinə çatan insanların da, bir gün ərzində 24 saatı vardır. Sadəcə onların bu nailiyyətlərə çatmaqlarından səmərəli qrafikli istifadə etməkləri olub. Unutmayaq ki, o 24 saatdan bizdə də var və Azərbaycanımızım banisi ulu öndər Heydər Əliyev daima xalqımız üçün calışmış və vaxtını yalnız buna, xalqımızın rifahına düzgün şəkildə xərcləmişdir.

Bəzən eşidirəm ki insanlar hər hansı bir şeyi gözlədikdə “vaxt öldürmək” sözünü istifadə edirlər. Məncə, bu çox ağır bir ifadədir.
Sizə çox mühim bir məlumatda vermək istərdim. Dinimizə görə, Allahin 99 adı vardır. Onlardan biri də Zamandır. Bəzən insanlar zamanı və zəmanəni gunahlandirirlar. Məsələn: “İndi pis bir zamandır, çox pis bir vaxta gəlib – çıxmışıq” və s. Əslində bunu bu ifadə ilə əvəz olunmağı daha məqsədə uyğun hesab etmək olardı: “Çox çətin bir dövrandır”.

Unutmayaq ki, Zaman Allahın adıdır və zamana qarşı bilər daha sayqılı yanaşmalıyıq.

Elmin banısı Hz.Əli(ə.s)çox qiymətli sözləri var. O deyir: “Üç şey var ki, onları geri gətirmək olmur;

1.Qaçırılan fürsət.
2.Ağızdan çıxan kəlmə.
3.İtirilən zaman.

Bu kiçik məqaləmdə sizlərə böyük və qiymətli fikirləri çatdırmağa çalışdım.Vaxtımızı düzgün dəyərləndirək. Qoyduğumuz hədəflərə hər gün zaman itirmədən, sürətli yaxınlaşmağa ən aından cəhd edək. Bu məqaləmi oxuyan hər kəsə səmimi qəlbdən zamanın dəyərin bilməyi arzu edirəm...





Kiçik Yazar: Gülnur Ağakişiyeva
20 saylı orta məktəbin 5-ci sinif şagirdi


VOİCEPRESS.AZ

Flag Counter