"Qarabağ cəbhəsində üçüncü müharibə qaçılmaz olacaq"

YanPress / Manşet

1 422

"Qarabağ cəbhəsində üçüncü müharibə qaçılmaz olacaq".

VOİCEPRESS.AZ bildirir ki, bu barədə erməni politoloq Aleksandr Kananyan deyib.

O, bu müharibənin Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını vurğulayıb: "Biz dərk etməliyik ki, Qarabağda yeni müharibə mütləq olacaq, bundan qaçmaq mümkün deyil. Biz Əliyevin nə düşündüyünü, hansı manevrlər qurduğunu anlaya bilmirik, bunu analiz etmək də çətindir. Əgər Əliyev hərəkətə keçəcəksə, əmin olun ki, müharibədə onu uğur gözləyir. Biz düşünməməliyik ki, müharibə nə vaxt başlayacaq, biz bunun qaçılmaz olduğunu dərk etməliyik".

A.Kananyan qeyd edib ki, Ermənistanın daxilindəki problemlər Azərbaycanın əlini gücləndirir.


VOİCEPRESS.AZ


Ранее » Ermənilər görün neyləyir« Далее İran və Ermənistanın daha bir əməkdaşlığı