Ermənistanın “lragir.am” saytı: “Serj Sarkisyan Qafqazı KTMT-nin nəzarətindən çıxarır”

YanPress / Manşet

3 519

Ermənistanın “lragir.am” saytı: “Serj Sarkisyan Qafqazı KTMT-nin nəzarətindən çıxarır”
VoicePress.az-ın Ermənistanın lragir.am saytına istinadən verdiyi xəbərə görə, bu günlərdə KTMT-yə sədrlik edən Ermənistan prezidenti Serj Sarkisyan keçirilən sammitdə əməlli başlı coşub daşıb. Amma Serj Sarkisyanın bu cür reaksiyası isə hər kəs tərəfindən təbəssümlə qarşılanıb.

Belə ki, erməni nəşri qeyd edir ki, Serj Sarkisyan sammitdə Azərbaycanla cəbhə xəttində baş verən gərginliklə əlaqədar KTMT- blokuna daxil dövlətlərin telefon zəngi açaraq Ermənistanla maraqlanmamalarına giley-güzar edərək, bundan sonra Cənubi Qafqazın KTMT-nin nəzarətində olmayacağı ilə bağlı kəsin qərar verib.


Erməni nəşrləri KTMT-yə üzv dövlətlərin bu qərara olan təbəssümünü isə belə izah edir ki, Serj Sarkisyan Ermənistanla ilgili qərar vermək ixtiyarına sahib deyilkən, o Cənubi Qafqaz adına axı necə qərar verə bilər?






Ülkər

Ранее » Aleksandr Fomenkov: “Serj Sarkisyanı gec-tez elə ermənilərin özü öldür...« Далее Lragir.am: “Sözü gedən biyabırçılıq məhz Serj Sarkisyanın Avrasiya İtt...