KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir

YanPress / Manşet

524

KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir
"Ermənistanda bütün dövlət sistemi iflic vəziyyətdədir".

VOİCEPRESS.Az bildirir ki, dövlət məmurları "vaxt öldürmək"lə məşğuldurlar.

"Sentyabrın 8-də hökumət buraxıldıqdan sonra nazirliklərin çoxunda həyat dayanıb. Məmurlar heç bir işlə məşğul olmurlar", - deyə Ermənistan KİV-i yazıb.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan və hökumət üzvləri istefa veriblər. Ölkə prezidenti Serj Sarqsyan yeni baş nazir postuna Karen Karapetyanı təyin edib. Yeni hökumət parlamentdə hələ təsdiqlənmədiyindən Nazirlər Kabinetinin bütün üzvləri nazir səlahiyyətlərini icra edirlər.

Xatırladaq ki, O.Abramyan 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək Ermənistanın baş naziri vəzifəsində çalışıb.


VOİCEPRESS.AZ

Ранее » Ermənistanda kəndlilər etiraz aksiyası keçirirlər« Далее Qarabağ separatçılardan ETİRAF: "Döyüşlərdən sonra turistlər 70% azal...