• 21:46 – İsveçrədə təqribən 12 nəfər qar uçqunu altında qalıb 20:18 – “Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 20:02 – Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi 18:27 – TAP layihəsi 85 faizdən çox icra olunub 17:53 – Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 15:30 – Bakıda beynəlxalq forum işə başlayıb 

Ermənistanın yeni xanım məmuru: “Azərbaycanla normal münasibətlərə malik olmalıyıq”


Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin sədri Arif Məmmədovla görüşü barədə yeni açıqlama verib.

VOİCEPRESS.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, Revazyan görüşün plansız baş tutduğunu və Xocalı aeroportunda uçuşların həyata keçirilməsi ilə bağlı məsələnin müzakirə edilmədiyini diqqətə çatdırıb. O, görüşdə heç bir məsələni müzakirə etmədiklərini və sadəcə qəhvə içdiklərini də əlavə edib.

“Biz uçuşların təhlükəsizliyi ilə məşğul oluruq və siyasətin bu məsələdə yer almamasına çalışmayılıq. Bizim təyyarələrin Türkiyə və Azərbaycan ərazisindən keçdiyini nəzərə alsaq, bu ölkələrə normal münasibətlərə malik olmalıyıq. Amma Xankədi aeroportu ilə bağlı məsələni Arif Məmmədovla müzakirə etməmişik”.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ibu görüşlə bağlı Modern.az-ın sorğusuna belə cavab verib:

"Cari ilin 5-6 dekabr tarixlərində Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş müşavirədə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov da iştirak edib.

“Həmin müşavirədə Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan kofe fasiləsində Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, bu vəzifəyə yeni təyin olduğunu qeyd edərək özünü təqdim edib. Tərəflər arasında heç bir rəsmi və ya qeyri-rəsmi görüş baş tutmayıb”.








VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter