Petrosyan: "Bakının aldığı bu güclü raket və “uçan tank”…"

YanPress / Manşet

1 980

Petrosyan:
Ermənistan üçün ilk növbədə Azərbaycanın Rusiyadan aldığı raket-artilleriya vasitələri, İsrail və Çexiyadan alınan uzunmənzilli döyüş vasitələri təhlükə yaradır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Ermənistan mətbuatına açıqlamasında hərbi ekspert Qraçya Petrosyan deyib.

“Silahın mənzili baxımından baxsaq, ən güclü silah İsrailin LORA silahı sayılır. LORA yaylım atəşindən fərqli olaraq, hədəfi operativ-strateji mənzildə məhv edən raketdir. Biz başa düşməliyik ki, burada problem Ermənistan və Azərbaycan arasında hansı tərəfin daha çox silah və hərbi sursat toplaya bilməsində deyil. Anlamalıyıq ki, əgər belə bir miqyasda silah toplanması baş verirsə, o zaman həmin silahlar bir gün mütləq atəş açacaqlar. Bizim yaxın müttəfiqimiz Rusiya da çox gözəl başa düşür ki, silahla təmin etdiyi Azərbaycan həmin silahlarla Ermənistanın müttəfiqini vuracaq”, - ekspert bildirib.

Petrosyanın sözlərinə görə, dünyada baş vermiş müharibə təcrübələrinin təhlili tərəflərdən hansının daha çox silahlanması və ya hərbi texniki üstünlüyə sahib olması deyil, silahlı qüvvələr cərgəsində hökm sürən mənəvi-psixoloji atmosferin yüksək olması ilə üstünlük əldə edir:

“Başqa sözlə biz anlamalıyıq ki, qarşıdurmanın əsas vasitəsi əsgərlər sayılır və bahalı texnikanın alınmasına yönəlmək düzgün deyil. Bizim rəhbərliyimiz müasir aviasiya vasitələri almaq istədiyini bəyan edir. Mən hesab edirəm ki, bizim bir o qədər də böyük olmayan regionumuz üçün zərbə aviasiyasına bu qədər böyük məbləğin xərclənməsi effektiv sayıla bilməz. Çünki hər şeydən əvvəl bu texnika çox bahadır. İkincisi isə 400 kilometr bir radiusda fəaliyyət göstərmək üçün bu effektli variant deyil. Bunun əvəzinə dağlıq ərazi şərtlərində zərbə helikopterlərinin alınması effekt verə bilər. Yeri gəlmişkən, Azərbaycan artıq Rusiyadan dağlıq ərazidə döyüş aparmaq qabiliyyətinə sahib və hətta rusların özlərinin də “uçan tank” adlandırdığı müasir zərbə helikopterləri alıb”.

VOİCEPRESS.AZ


Ранее » Paşinyan MDB liderlərinin stolunda axırda oturub« Далее Baş prokurorun müavini Karapetyanın ölümündə yeni təfərrüat