İrəvan Qarabağ separatçıları ilə “müqaviləyə” hazırlaşır

YanPress

414

İrəvan Qarabağ separatçıları ilə “müqaviləyə” hazırlaşır
Ermənistanla “dqr” arasında “hərbi-siyasi müttəfiqlik” müqaviləsinin bağlanması məsələsi Ermənistan Təhlükəsizlik Şurasında qaldırılıb və biz Ermənistandakı həmkarlarımızdan cavab gözləyirik.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Qarabağ separatçılarının rəhbəri Bako Saakyan deyib.

“Bir neçə il əvvəl bu istiqamətdə müəyyən işlər görülüb və bu sənəd Ermənistandakı həmkarlarımız tərəfindən hazırlanıb. Bu məsələ Ermənistanın yeni rəhbərliyinin bir müddət öncəki səfərlərində də müzakirə edilib”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan ordusunun 60 faizinin Qarabağda yerləşdirildiyi haqda məlumatlar var. Azərbaycanın işğal altına saxlanan 13 rayonunda yalnız Ermənistan ordusunun əsgərləri yerləşdirilib. Qarabağın erməni əhalisinin 65 min olduğunu nəzərə alsaq, separatçıların silahlı dəstəsinin həcmini təsəvvür etmək çətin olmaz.

VOİCEPRESS.AZ


Ранее » Arutyunyan: "Paşinyan Putinə ağır zərbə hazırlayır"