Sərkisyan istintaqa çağrılır...

YanPress / Manşet

945

Sərkisyan istintaqa çağrılır...
Ermənistan Xüsusi İstintaq İdarəsinin rəhbəri ölkədə konstitusiya quruluşunun devrilməsi işi üzrə sabiq prezident Serj Sərkisyanın və sabiq baş nazir Ovik Abramyanın istintaqa çağırılacağını istisna etmir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Xaçatryan danışıb. O bunları deyib: “İstintaqa çağırılmanın zəruriliyini müstəntiq müəyyənləşdirir. Mən bir neçə dəfə demişəm ki, əgər hər hansı vəzifəli şəxs dəyərli məlumat verə bilərsə, o, sorğu-sual ediləcək”.

2008-ci il 1 mart etiraz aksiyalarının dağıdılması barədə cinayət işi çərçivəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryana, sabiq müdafiə naziri Mikael Arutyunyana və 2008-ci ildə Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın başı katibi Yuri Xaçaturova Konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Serj Sərkisyana uduzduqdan sonra Yerevanın mərkəzində mitinq keçirərək səsvermənin rəsmi yekunlarına etirazını bildirib. Martın 1-2-də keçirilmiş aksiyalarda mitinqçilərlə asayiş keşikçiləri arasında qarşıdurmada on nəfər ölüb, 200-dək insan yaralanıb.

Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan o zaman Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. O, hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş və 2009-cu ildə hökumətə təslim olmuşdu. 2010-cu il yanvarın 19-da Yerevan məhkəməsinin qərarı ilə Paşinyan kütləvi iğtişaşlar təşkil etdiyinə görə 7 il azadlıqdan məhrum edilib, 2011-ci ildə amnistiyaya əsasən azadlığa buraxılıb.


VOİCEPRESS.AZ

Ранее » Erməni saytlarını Rusiya maliyələşdirir« Далее Yerevan Putinin hərbi blokuna yeni Baş katibin namizədini AÇIQLADI