Erməni əsgərlər Cəbrayılda ilyarım ac qalıblar

YanPress

261

Erməni əsgərlər Cəbrayılda ilyarım ac qalıblar
2016-cı ilin aprel ayında "dördgünlük savaş" zamanı Ermənistan ordusunun hərbi hissələri Azərbaycan ordusunun sarsıdıcı əks-hücum zərbələrinə tab gətirməyərək qaçanda Cəbrayıl rayonunda tankları və zirehli maşınları ilə birlikdə 15 əsgərini də qoyub qaçıb.

VOİCEPRESS.AZ bildirir ki, bu barədə Ermənistanın erpress.am saytı xəbər verib. Komandirlərin qoyub qaçdıqları əsgərlər ilyarım Cəbrayıl rayonunun kəndlərindən birində xarabalıqlar arasında yaşayıblar. Nə onlar hərbi hissələrini və komandirlərini görüblər, nə də komandirlər atıb getdikləri əsgərləri ilə maraqlanmayıblar.

Həmin əsgərlərdən birinin bibisi deyib: "Qardaşım oğlunun ali təhsili vardı. Buna görə də onu Ermənistanın Oktembryan rayonunda hərbi xidmətə çağırandan altı ay sonra Qarabağa yolladılar. Təqribən 10 gün sonra döyüşlər başlandı. Bizə heç nə demirdi. Biz isə düşünürdük ki, Ermənistanda hərbi xidmətə çağırılmış əsgər olduğundan onu yəqin altı ay ön cəbhəyə aparmazlar. Döyüşlər olan günlərdə fikirləşirdik ki, hərbi hissədədir".

Qadının sözlərinə görə, aprelin 2-də əsgərləri hansısa kəndə aparıblar. Əsgərlər orada tərxis edilənədək qalıblar.

"O kəndin adı yadımda deyil. Qardaşım oğlu ilyarım həmin kənddə qaldı, hərbi hissəyə dönmədi. Orada 15 əsgər vardı. Müharibənin yenidən başlayacağına şübhə etmədiyimizdən əsgərlərin hamısı orada qalmışdı. Kəndə yol 3-4 saat olduğundan, əsgərlər orada qaldılar. Onlarla hansısa kapitan vardı. Tanklarda yatırdılar, sonra azərbaycanlıların dağılmış evinin daşlarından daxma tikdilər. Daxmanın damı qamışdan idi. Qardaşım oğlu tərxis olunub evə qayıdandan sonra deyirdi ki, ilyarım elektrik lampası görməyib", - erməni qadın danışıb.

Onun sözlərinə görə, əvvəl əsgərə barat yollayıblar, amma sonra o, pul istəməyə başlayıb: "Hər ay barat yollayırdıq. Sonra hər ay 5 min dram istədi. Soruşanda da cavab verdi ki, onlara yetərincə ərzaq vermirlər, bu səbəbdən də 15 əsgər yemək bişirmək üçün ərzağa pul yığmaq qərarına gəlib. Hətta o, kapitanın bank hesabını da verdi. Daha sonra hansısa qadının bank hesabına üç ay pul köçürdük".

Tərxis olunana qədər əsgərdən 15 min dram tələb ediblər. Pullar zabitlərə göndərilib.

Qadının dediyinə görə, baş verənlər barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Hovannisyanın Facebook səhifəsinə yazmaq istəyib: "Amma alınmadı, çünki Hovanisyanın Facebook-da dostları arasında deyilsənsə, yaza bilməzsən. Naçar qalıb şərh bölməsində dərdimizi yazdıq".

Erməni əsgərlər Cəbrayılda ilyarım ac qalıblar

VOİCEPRESS.AZ

Ранее » Ermənistan müdafiə nazirinin keçmiş müavinin oğlu da həbs olun...« Далее Sərkisyanın qardaşına qadağa qoyuldu
Flag Counter