Erməni əsgərlərin yeməyi heyvanlara verilib - VİDEO

YanPress

477

Erməni əsgərlərin yeməyi heyvanlara verilib - VİDEO
Ermənistan Könüllülər İttifaqının sabiq sədri, keçmiş deputat, general-leytenant Manvel Qriqoryanın evində axtarış aparılarkən çoxsaylı odlu silah və sursat, bahalı avtomobillər, hətta şəxsi zoopark aşkarlanıb.

Generalın malikanəsindəki zooparkda heyvanlara Dağlıq Qarabağdakı erməni əsgərlərə göndərilmək üçün yığılıb hazırlanmış ərzaq yedizdirilirdi.

VOİCEPRESS.AZ bildirir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkə parlamentinin artıq sabiq deputatının Armavir rayonunda, kurort zonasında yerləşən malikanəsində apardıqları axtarışın videosu yayılıb.

Malikanədə RPQ-7 qumbaratanı üçün 18 tank əleyhinə qumbara, 20 F-1 əl qumbarası, müxtəlif çaplı 33 mindən artıq patron, hər biri 400 qram ağırlığında 12 trotil şaşkası, 79 tüfəng və avtomat, 39 tapança aşkarlanıb.

Malikanənin anbarında isə Ermənistandakı ictimai və qeyri-hökumət təşkilatlarının, habelə məktəblilərin və tələbələrin Dağlıq Qarabağda, habelə Azərbaycanın işğalda olan digər ərazilərindəki erməni hərbi hissələrinə göndərmək üçün yığdıqları paltarlar, dərmanlar, dərman preparatları və ərzaqlar vardı.

Orada habelə tomat pastası, günəbaxan yağı, makaronlar və s. də yığılmışdı.

M.Qriqoryanın zooparkında pələng, ayılar vardı. Erməni əsgərlər üçün nəzərdə tutulmuş yeməklər bu heyvanlara verilirdi.

M.Qriqoryan 1990-cı illərdə Qarabağ savaşında xüsusi amansızlığı və vəhşiliyi ilə ad çıxarmışdı. 2000-2008-ci illərdə o, Ermənistan müdafiə nazirinin müavini olub.

Sabiq deputatın malikanəsindəki zooparkda saxlanan 5 ayı, bir pələng, müxtəlif cinsdən olan 5 it, 8 keçi, 2 tovuzquşu və digər heyvanlarla quşlar İrəvan zooparkına aparılıb.



VOİCEPRESS.AZ


Ранее » “Ya pul verin, ya da hərbi bazalarınızı yığışdırın” - Ye...« Далее Bakıya meydan oxuyan generalın evindən əsgər alt paltarı, bintl...
Flag Counter