Paşinyan Sərkisyanın ən böyük düşmənini azad etdi

YanPress

306

Paşinyan Sərkisyanın ən böyük düşmənini azad etdi
Ermənistanın Təsisçi Parlament hərəkatının həbsdəki lideri Jirayr Səfilyan azadlığa buraxılıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə İrəvan Apellyasiya Məhkəməsi qərar qəbul edib. Məhkəmə həmçinin Səfilyanın tərəfdarları olan Gevork Səfəryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qrayr Topçuyan və Qalust Qriqoryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı tələbi qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə Baş nazir Nikol Paşinyanın partiyasının deputatı Alen Simonyan Səfilyanın azadlığa çıxması üçün zəmanətçi olacağını bildirmişdi.

Səfilyan Ermənistanda polis bölməsini ələ keçirən “Sasna Çrer” qrupuna rəhbərlik edib. Onun rəhbərlik etdiyi qrup bölmənin ələ keçirilməsi zamanı 2 nəfəri qətlə yetirib.

VOİCEPRESS.AZ


Ранее » Sərkisyanın daha bir kadrı istefaya göndərildi« Далее Ermənistanda daha bir rüşvət qalmaqalı
Flag Counter