Paşinyan qərargah rəisini niyə vurdu?

YanPress / Manşet

1 530

Paşinyan qərargah rəisini niyə vurdu?
Öncədən Sərkisyanın komandasını zəiflətmək və Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmaq məqsəd kimi qarşıya qoyulmuşdu. Bu baxımdan Ermənistanda açar fiqur vəzifələrdən biri Baş Qərargah rəisidir və Paşinyan ona görə onu istefaya göndərdi.

VOİCEPRESS.AZ
axar.az-a istinadən xəbər verir ki, bunu politoloq Arzu Nağıyev Baş Qərargah rəisi Akopyanın vəzifədən uzaqlaşdırılması səbəbləri barədə danışarkən deyib. O bildirib ki, hazırda Paşinyan öz komandasını formalaşdırmağa çalışır:

"Ermənistanın bütün hərbi alyanslarda iştirakı ilə bağlı mühüm qərarlar məhz Baş Qərargah rəisinin razılığı ilə verilir. Ermənistanın sabiq müdafiə naziri, ümumiyyətlə, hərbçi deyildi. Onun xaricdə təhsil almasını da nəzərə alaraq, bir təşkilatçı, rəhbər kimi vəzifəyə qoymuşdular. Ancaq Baş Qərargah rəisi peşəkar hərbçidir. Məhz peşəkar hərbçi olduğuna görə bütün taktiki və digər məsələləri yüksək səviyyədə bilir. Paşinyanın əsas məqsədlərindən biri onun vəzifədən uzaqlaşdırılması idi. Çünki əgər müharibə başlasa, Paşinyan ali baş komandan ola bilər. Bu proses zamanı ordunun onun istəyini həyata keçirməmə ehtimalı da var. Bundan qorxaraq, Paşinyan artıq orduda çox yüksək vəzifədə olan şəxslərin vəzifələrindən uzaqlaşdırılmasına başlayıb. Bu, xüsusi xidmət orqanının rəhbərinin və baş prokurorun dəyişdirilməsinə aid edilir”.

Politoloqun sözlərinə görə, gələcəkdə əvvəlki dövrdə Serj Sərkisyanla işləyən güc strukturlarının vəzifədən uzaqlaşdırılması prosesi baş verəcək:

“Bu proses davam etdiriləcək. Çünki problemlər böyüyür, proqram yoxdur. Sərkisyan və onun komandası da bundan istifadə etməkdə davam edir. Bu gün də Ermənistanın şəhərlərində və əyalətlərdə müxtəlif mitinqlər keçirilir və Paşinyanın çağırışlarına məhəl qoyulmur. Erməni cəmiyyətini hazırda orduda baş verən dəyişikliklər birmənalı şəkildə maraqlandırır. Ancaq iqtisadi islahatların keçirilməsi, Paşinyanın verdiyi vədlərə əməl etməsi cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Baş Qərargah rəisi Movses Akopyan vəzifədən uzaqlaşdırılıb. Armen Sərkisyan onun yerinə Artak Davtyanı təyin edib.

VOİCEPRESS.AZ


Ранее » Paşinyan Akopyanı qovdurdu« Далее Paşinyan kütləvi həbslərə başladı
Flag Counter