Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

YanPress / Manşet

2 214

Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir
Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

VOİCEPRESS.AZ
xəbər verir ki, administrasiyaya girişin qarşısında kütləvi istefalara səbəb olan optimallaşdırma prosesinin ləğvini tələb edən hərbi komissarlıqların əməkdaşları etiraz edirlər.

Baqramyan prospektini taksi sürücüləri qismən bağlayıb. Sürücülərdən biri jurnalistlərə deyib ki, etirazçılar lisenziyalaşdırma prosesinin qaydaya salınmasını, yol hərəkəti qaydalarının pozulmasına görə olan cərimələr üzrə borcların silinməsini, paytaxtda parklamaya görə ödəmənin ləğv edilməsini tələb edirlər.

Avtomobil idxalçılarının nümayəndələri də baş nazirin iqamətgahının qarşısına toplaşıb və gömrük rəsmiləşdirilməsi müddətinin hazırda qüvvədə olan 10 gündən artıq olmasını tələb ediblər.

Etirazçıların hamısı baş nazirin nümayəndələri ilə görüş tələb edirlər.

VOİCEPRESS.AZ


Ранее » İrəvanda etirazçılar meriya binasına hücum etdilər« Далее Paşinyan: "Putinlə Qarabağı müzakirə etmişik"