Asatryan: " Satqın Sərkisyan ordunu başsız qoydu"

YanPress / Manşet

459

Asatryan:
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyanın vəzifəsindən könüllü şəkildə getməsi və sözügedən sistemin digər nümayəndələrinin hərəkətləri demarş, təxribat və satqınlıqdan başqa bir şey deyil.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş bankiri, iqtisadçı Baqrat Asatryan deyib.

Asatryanın sözlərinə görə, bütün bunlarla yanaşı, Ermənistanın Xarici İşlər Nazirliyi də öz növbəsində erməni xalqının maraqlarını artıq çoxdandır təmsil etmir.

“Deməliyəm ki, sonuncu baş verənlər növbəti dəfə bunu təsdiq etdi. Lakin bu problem deyil. Məsuliyyətdən imtina edən qruplar olacaq. Onlar öz növbəsində hakimiyyətə başqa hədəflərlə gəlmişdilər”, - Asatryan deyib.

Qeyd edək ki, Ermənistan müdafiə naziri ilə bərabər, onun müavinləri və bəzi generallar da istefa verib.

VOİCEPRESS.AZ


Ранее » Paşinyan Qarabağda SAYIQLADI: "Tarix indiyədək Azərbaycan kimi q...« Далее Paşinyan Ermənistan ordusunun zəifliyini etiraf etdi