Paşinyan Ermənistanın baş nazir seçildi

YanPress / Manşet

1 926

Paşinyan Ermənistanın baş nazir seçildi
Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib.

Yelk" (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Qeyd edək ki, daha öncə mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməmişdi.

Bildirək ki, müxalifətçi deputat Nikol Paşinyan Yerevanda aprelin 13-dən davam edən kütləvi etiraz aksiyalarına rəhbərlik edirdi.

Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edirdilər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefaya getdi.

Etirazçıların tələbləri Serj Sarkisyanın istefası, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazirin seçilməsi və müvəqqəti hökumət yaradılması ilə bağlı idi.

VOİCEPRESS.AZ


Ранее » Sarkisyanın bank hesablarına həbs qoyula bilər« Далее Ermənistan müdafiə nazirinin I müavini istefa verdi