• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Sarkisyan: "Özbaşınalıq hökm sürə bilməz"

Qeyri-mütənasib şəkildə başqalarının haqlarını qanunsuz yollarla pozmağa çalışanlar dayanmalı və “biz nə edirik?” deməlidirlər.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu “Şant” televiziyasına müsahibəsində Ermənistanın Baş naziri Serj Sərkisyan deyib.

“Hansı ölkədə destabilizasiyanın köməyi ilə nəticə əldə edilən bu cür cəhdlər uğur qazanıb? Hər kəsə aydındır ki, destabilizasiya nə ilə nəticələnir. Ümumilikdə fəaliyyətlərdə məntiq olmalıdır, ya yox? Bəs məntiq nədədir? Təxmin edək ki, onlar baş nazir seçkisi prosesini dağıtmağı bacardılar. Təxmin edək ki, ikinci dəfə də bu uğura nail oldular. Bəs sonra nə olacaq? Konstitusiyaya əsasən, parlament buraxılmalıdır. Yenisini kim formalaşdırmalıdır? Həmin 20-30 nəfər bunu edəcək? Kim seçkini keçirəcək?

İnsanların fəaliyyətlərində məntiq olmayanda hadisələrin necə inkişaf edəcəyini anlamaq çox çətin olur. Təəssüf ki, biz bir dəfə bu ağrılı yolu keçmişik. Əgər istəyirlərsə, ikinci dəfə də keçək, o zaman mən nə deyə bilərəm?” – deyə o bildirib.

Sərkisyan həmçinin çıxışı zamanı etirazçıları təhdid etməkdən belə çəkinməyib:

“Onlar nəyə nail olmaq istəyirlər? Bu binaya gəlmək və idarə etmək? Hesab edək ki, bu onlara nəsib oldu? Və kim onların tanıyacaq? Onlar qanuni, legitim hakimiyyət olacaq? Serj Sərkisyan qeyri-legitim, xalqı qıcıqlandıran, amma onlar legitim, xalqı sakitləşdirən olacaq? Siz görürsünüz ki, bizim hüquq-mühafizə orqanları səbir nümayiş etdirirlər. Mən istəmirəm ki, hüquq-mühafizə orqanları güc tətbiq etməyə məcbur olsunlar. Lakin ölkədə özbaşınalıq atmosferi hökm sürə bilməz”.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter