Sarkisyan Ermənistanın baş naziri oldu

YanPress / Manşet

153

Sarkisyan Ermənistanın baş naziri oldu
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri olub.

VOİCEPRESS.AZ
xəbər verir ki, aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.

S.Sarkisyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan "Daşnaksütyun" Partiyasından ibarət koalisiya irəli sürüb.

Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi "Çıxış" müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.

Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarkisyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarkisyanın lehinə, 17-si isə əleyhinə səs verib.

VOİCEPRESS.AZ


Ранее » Bütün Ermənistanda inqilab başladı« Далее Bütün Ermənistan ayağa qalxır - Video
Flag Counter