Sarkisyan: "Erməni ordusunun gücləndirilməsi və modernləşdirilməsi isə gündəlik işimizin predmetidir”"

YanPress

423

Sarkisyan:
Təhlükəsizlik Ermənistan üçün bir nömrəli prioritet sayılır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Serj Sərkisyan deyib.

“Aydındır ki, hakimiyyətə gələcək siyasi qüvvə idarəetmə vasitəsilə vətəndaşlardan səs aldığı proqramın icrasını gerçəkləşdirəcək. Hakimiyyət Respublika və Daşnaksütyun partiyalarının proqramlarını reallaşdıracaq.

Bizim Qarabağ probleminin sülh yoluyla həlli ilə bağlı mövqeyimiz dəyişməyib, erməni ordusunun gücləndirilməsi və modernləşdirilməsi isə gündəlik işimizin predmetidir”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti S.Sərkisyanın baş nazirliyə namizədliyini bu gün səsverməyə çıxaracaq. Buna etiraz olaraq bütün Ermənistan ərazisində kütləvi aksiyalar keçirilir.

VOİCEPRESS.AZ


Ранее » Yerevanda etirazçılar mərkəzi küçələri bağlayır« Далее Ermənistanda 30-a yaxın etirazçı saxlanılıb