Müxalifət Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib

YanPress / Manşet

198

Müxalifət Ermənistanda
Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:

"Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm".

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.

VOİCEPRESS.AZ


Ранее » İrəvanda Pedaqoji Universiteti də ələ keçirildi - VİDEO« Далее Bütün Ermənistanda inqilab başladı
Flag Counter